Böyük Britaniyanın Yorkşir qraflığında zoopark ziyarətçisi pələngin olduğu volyerə daxil olub.
Oxu.Az xəbər verir ki, hadisə barədə məlumat zooparkın rəsmi saytında dərc olunub.
Bildirilib ki, pələnglərin saxlanıldığı volyerdə ciddi insident baş verib.
Məlumata görə, kişi volyerə tullanıb və yırtıcının hücumuna məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Əraziyə dərhal təcili yardım xidmətləri cəlb olunub.
Hadisə ilə əlaqədar zoopark bazar gününün sonunadək bağlı qalacaq.
Yaralının vəziyyəti və hadisənin dəqiq təfərrüatı barədə hələlik məlumat verilməyib.