Böyük Britaniyanın şimalında “Arven” qasırğası həyatı iflic edib. Yollarda ağaclar aşıb, bəzi yerlərdə infrastruktura zərər dəyib.
Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Bundan əlavə, fırtına elektrik enerjisinin kütləvi kəsilməsi ilə nəticələnib. Xüsusilə, İngiltərənin şimal-şərqində və Yorkşirdə ümumilikdə 112 min mülk işıqsız qalıb.
Qeyd edək ki, Böyük Britaniyanın Milli Meteoroloji Xidməti qasırğa ilə bağlı “qırmızı” xəbərdarlıq elan edib. Şotlandiyanın şərq sahillərində və İngiltərənin şimal-şərqində 80 mil/saatdan çox güclü küləklərlə ən dağıdıcı küləklər gözlənilir. Güclü küləklərlə yanaşı, “Arven” fırtınası Şotlandiya və İngiltərənin şimalındakı dağlıq ərazilərə qar gətirəcək. Həmçinin, meteoroloqlar fırtınanın nəqliyyatın pozulması, elektrik enerjisinin kəsilməsi və xüsusən də sahilə yaxın ərazilərdə daşınmaz əmlaka potensial ziyan vurması riskini daşıdığını proqnozlaşdırıblar.
Посмотреть эту публикацию в Instagram"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Badamdarda sürüşmə sahəsində çatlar daha da genişlənib: Ərazidən görüntülər - Video
- Badamdarda sakinlərin təxliyəsi başladı - Hadisə yerindən görüntülər
- Qubadlıda üç kəndin daşqından qorunmasına 30 milyon manatadək vəsait xərclənəcək
- Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" - Video
- Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq
Digər xəbərlər