Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Britaniyada təyyarə qu quşlarının sürüsü ilə toqquşub](https://images.oxu.az/2025/02/07/XTAYis3s7A9BYlTPrVCfTZJnQRxBcT4dQIYhuTRn:1200.jpg)
Britaniyada təyyarə qu quşlarının sürüsü ilə toqquşub
Böyük Britaniyaya məxsus "Tui" aviaşirkətinin təyyarəsi qu quşları ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, məlumatı "Daily Mail" nəşri yayıb.
Qeyd olunur ki, hadisə təyyarə havaya qalxarkən, təxminən 300 metr yüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən baş verib.
Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyərək pilotları həyəcan siqnalı verməyə məcbur edib.
Uğurlu enişdən sonra ekipaj müşayiətçilərdən kömək istəyib, belə ki, qu quşları ilə toqquşan təyyarənin korpusunda kiçik çatlar yaranıb, ön şüşədə isə qan izləri qalıb.
Məlumat üçün əlavə edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyə uçub.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Britaniyadan "Apple"a qarşı tələb: "Casusluq etmək imkanı ver"
- Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi
- Ekrandakı monarx: III Çarlz sənədli filmdə baş rolu oynayacaq
- Fransız buldoqu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək etdi
- Şahzadə Diananın qardaşı qızları jurnalın üz qabığı üçün çəkildilər
Rəylər