Şotlandiyadan olan cütlük, iyul ayının 17-də Ukraynanın şərqində Malayziya Airlines “Boeing-777”-yə oturmadıqları üçün sağ qaldılar.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph agentliyi yazır.
Barri və İzzi Sim xəbər veriblər ki, onlara və uşaqlarına Amsterdamdan Kuala-Lumpura uçan laynerdə yer çatmayıb, bunun nəticəsində onlar KLM avia şirkətin digər reysinə əyləşməli olublar.
Cütlük etiraf edir ki, onlar Malayziya laynerinə otura biləcəklərini düşünəndə belə damarlarında qanları donur.
“Yəqin ki, göylərdən kim isə bizə baxıb: “Sizə bu reys lazım deyil!” söyləyib. Adətən biz Malayziyaya bu şirkət ilə uçurduq”, - İzzi Sim qeyd edib.
Qeyd edək ki, “Boeing 777” Donesk vilayəti ərazisində dördüncü gün Moskva vaxtı ilə 19:00 qəzaya uğrayıb. Son məlumata görə qəza nəticəsində 298 nəfər həlak olub. Cinayət işi açılıb.