Böyük Britaniyanın sağçı "Reform UK" partiyasının Uels şöbəsinin sabiq rəhbəri Natan Gill "rusiyayönümlü bəyanatlar"a görə pul aldığı üçün 10.5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az bu barədə "Sky News" telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, Gill 2021-ci ildə Rusiya Dövlət Dumasına seçkidə müşahidəçi qismində işləməkdən ötrü Rusiyaya uçmağa hazrlaşarkən Mançester aeroportunda saxlanılıb.
İttiham tərəfinin bəyanatına görə, onun telefonunda çoxsaylı kompromat məlumatlar aşkarlanıb.
2015-ci ilin fevralında Gillə qarşı rüşvət almaqda ittiham irəli sürülüb. O, sentyabrda rüşvət almaqda özünü təqsirli sayıb. Siyasətçi daha əvvəl Avropa Parlamentinin üzvü olduğu müddətdə - 2018-ci il dekabrın 6-da və 2019-cu il iyulun 19-da səkkiz rüşvət faktı üzrə təqsirli bilinib.
Siyasətçinin minimum 40 min funt sterlinq məbləğində rüşvət aldığı müəyyən edilib.