Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Britaniyanın ən zəngin ailəsinin üzvlərinə həbs cəzası verildi
İsveçrə məhkəməsi Britaniyanın ən zəngin ailəsinin üzvlərini qulluqçuları istismar etdikləri üçün həbs cəzasına məhkum edib.
Məhkəmə 78 yaşlı Prakaş Hinduca, onun həyat yoldaşı, oğlu və gəlinini qulluqçuların istismarında və icazəsiz işlə təminatda təqsirli bilib.
Məhkəmə insan alveri ittihamını rədd edib və həbs müddətini 4,5 il olaraq təyin edib.
Bildirilir ki, ailə İsveçrədəki villasında qulluqçularla pis rəftar edib, onları saatlarla işlədib və işçilərin maaşından daha çox ev heyvanlarına pul xərcləyib.
Qeyd edək ki, Hinduca ailəsinin sərvəti 37 milyard funt sterlinqdən çox (təxminən 80 milyard manat) qiymətləndirilir.
Mənbə: rossaprimavera.ru
"İnsan alveri" teqi üzrə xəbərlər
- Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR
- Van Damm insan alverində iştirakı ilə bağlı iddialara cavab verdi
- Azərbaycanda insan alverində təqsirləndirilən qadınlara 16 il cəza verildi
- Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
- Van Dammın adı Rumıniyada insan alveri ilə bağlı cinayət işində hallandı