Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Britaniyanın müvəqqəti işlər vəkili ölkədə İran vətəndaşlarının saxlanmasına və bu ölkəyə qarşı səsləndirilən əsassız ittihamlara izahat vermək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verib.
Bildirilib ki, İrana təzyiq göstərmək üçün siyasi motivlərlə irəli sürülən bu cür addımların nəticələrinə görə məsuliyyət Britaniya hökumətinin üzərinə düşəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın Britaniyadakı səfirliyi mayın 3-də terrorla mübarizə çərçivəsində aparılan istintaq çərçivəsində saxlanılan 4 iranlının sərbəst buraxıldığını bildirmişdi. Daha üç nəfər isə hələ də həbsdədir.