Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cavanşir Paşazadə: "Pay torpaqlarında tikilən evlərlə bağlı problem var"
"Qısamüddətli və uzunmüddətli icarəyə verilən torpaqlardan istifadə, pay torpaqlarında ev tikilməsi kimi məsələlərin müzakirəsinə ehtiyac var".
Oxu.Az xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, vərəsəliklə bağlı da çox sayda işlər məhkəmələrdədir:
"Pay torpaqlarında evlər tikilib. Bu, böyük problemlər yaradır. Valideyn 30 il qabaq pay torpağı alıb, orada ev tikib, indi valideyn yoxdur. Bu evlərin yeri düz gəlmir. Vərəsələr bunu bölə bilmirlər, problemlər yaranır".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Elektrik enerjisi üzrə "sabit aylıq tarif" sistemi masada: Beynəlxalq təcrübə nə deyir?
- Deputat: "Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir"
- Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir
- Deputat: "Regionda baş verənlər quru sərhədlərimizin bağlı qalmasının doğru olduğunu göstərdi"
Ən çox oxunanlar