Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

NBA tarixində bir ilk – Yeddi ildə yeddi yeni çempion
NBA tarixində ilk dəfə ardıcıl yeddinci ildə yeddinci fərqli komanda çempion olacaq.
Oxu.Az xəbər verir ki, Konfrans finallarına (NBA pley-offlarının yarımfinalı) "İndiana Peysers", "Minnesota Timbervolvs", "Oklahoma Citi Tunder" və "Nyu-York Niks" yüksəlib.
İlk üç kollektiv ümumiyyətlə, heç vaxt çempion tituluna yiyələnməyib. "Nyu-York Nicks" isə axırıncı dəfə 1973-cü ildə NBA-nın ən güclüsü olub.
Qeyd edək ki, 2019-cu ildən bəri NBA-da çempion hər il dəyişir. Bu müddət ərzində baş mükafata ardıcıllıqla "Toronto", "Los Anceles Leykers", "Milluoki Baks", "Qolden Steyt Uarriorz", "Denver Naggets" və "Boston Seltiks" sahib çıxıb.