Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniyanın nəhəng hərbi gəmisi İngiltərə sahillərində zədə alıb - FOTO
Böyük Britaniyanın ən yeni təyyarədaşıyan gəmisi “HMS Prince of Wales” İngiltərə sahillərində zədələnib.
Gəminin birgə təlimdə iştirak etmək üçün Birləşmiş Ştatlara doğru hərəkət etdiyi qeyd edilir.
Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasının nümayəndəsi məlumat verib.
“Mexaniki problemin səbəbi araşdırıldığı müddətdə “HMS Prince of Wales” gəmisi cənub sahilindəki məşq zonasında qalmağa davam edəcək”, - deyə donanma nümayəndəsi bildirib. Təfərrüat barədə isə məlumat verilməyib.
Britaniya Hərbi Dəniz Donanmasına aid “Navy Lookout” xəbər saytının məlumatına görə, söhbət mühüm texniki nasazlıqdan gedir. Üç milyard funt sterlinq (3,5 milyard dollar) dəyərində olan təyyarədaşıyan gəmi Manş kanalındakı Uayt adasında lövbər salıb. Dalğıclar gəminin su altında qalan hissəsində araşdırma aparırlar. Rəsmi məlumatlara görə, gəminin sağ pəri zədələnmiş ola bilər.
Bildirilən məlumata görə, təyyarədaşıyan gəminin təmiri bir neçə gün çəkə bilər. Bundan sonra o, Atlantikanın o biri tərəfinə doğru səfərinə davam edəcək. Burada ABŞ və Kanada hərbçiləri ilə birgə Şimali Amerika sahillərində və Karib hövzəsində təlimlərdə iştirak edəcək. Gəminin göyərtəsindən “F-35” təyyarələri və pilotsuz uçuş aparatlarının təlim uçuşlarının həyata keçirilməsi gözlənilir.
Mənbə: TASS
"Kanada" teqi üzrə xəbərlər
- Trampdan Kanada ilə bağlı növbəti paylaşım: ABŞ-nin yeni ştatı olacaq?
- Kanadada 15 min nəfər ölmək üçün evtanaziyanı seçib
- Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb
- Kanada ölkədə qadağan olunmuş odlu silahları Ukraynaya verə bilər
- Vankuverdə dəhşət: Naməlum şəxs bıçaqla insanlara hücum etdi, yaralılar var
Rəylər