Koronavirus pandemiyası səbəbindən Böyük Britaniyada qocalar evlərinin 12 mindən çox sakini ölüb.
“The Sun” nəşri bu barədə Birləşmiş Krallığın Dövlət Statistika xidmətinə istinadən xəbər yayıb.
Qurbanların ümumi sayı 12 526 nəfərdir. Mart və aprel aylarına olan məlumatlara görə, bu göstərici ölkədə koronavirusdan bütün ölüm hallarının dörddə birindən çoxunu (27,3%) təşkil edir.
Qeyd olunur ki, təqaüdçülər arasında COVID-19-dan ölüm ehtimalı əhalinin gənc hissəsinə nisbətən 34 dəfə çoxdur.
Britaniyada qeydə alınan 33 600 ölüm halından 30 999-u 65 yaşdan yuxarı xəstələrin payına düşür.