Amerikalı müğənni Britni Spirs musiqiyə qayıdır. O, altı ildən sonra ilk mahnısını yayımlayacaq. Britaniyalı musiqiçi Elton Con ilə birlikdə hazırlanan bəstə “Hold Me Closer” adı ilə işıq üzü görəcək.
Bu, həm də müğənninin keçən il atasının himayəsindən çıxmasından sonra ilk mahnısı olacaq.
Mahnı yaxın günlərdə işıq üzü görəcək.
Britni Spirsin son studiya albomu “Glory” 2016-cı ildə buraxılıb.
Con yeni mahnının üz qabığını özünün “Instagram” hesabından paylaşıb. Şəkildə raket və qızılgül smaylikləri əks olunub.
Qeyd edək ki, Spirs çox zaman çiçək emojisindən istifadə edir, E.Con isə 1970-ci illərin eyni adlı hitindən sonra özünü “Roketmən” adlandırır.
Посмотреть эту публикацию в Instagram
Mənbə: Variety
"Britni Spirs" teqi üzrə xəbərlər
- Britni Spirs biznesə başladı: Öz brendini təqdim etdi
- Məşhur müğənnidən əri və bacısı ilə bağlı dəhşətli etiraf
- Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
- Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı
- Britni Spirs və Dua Lipanın mahnılarının müəllifi qətlə yetirildi
Digər xəbərlər
