Amerikalı müğənni Britni Spirs atasının himayəsindən ayrıldıqdan sonra həyatına “sıfırdan” başlamağı planlaşdırır.
O, Kaliforniyadakı 11,8 milyon dollarlıq evi üçün potensial alıcılar axtarmağa başlayıb.
Məlumata görə, müğənni malikanəni açıq şəkildə satışa çıxarmayıb. Eyni zamanda, ötən həftə əmlak potensial alıcılara nümayiş etdirilib. Ona 12 milyon dollar qiymət qoyulub.
Bildirir ki, Spirs malikanədə çox yaşamayıb.
Məlumdur ki, o, Kaliforniyanın Tauzand Oks şəhərindəki evi 2015-ci ildə 7,5 milyon dollara alıb.
Mənbə: gazeta.ru
Rəylər