Ötən gün Brüsseldəki “Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb.
Oxu.Az-ın Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.
Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
14:19
DH nəşri Brüssel aeroportunda terror aktlarında şübhəli bilinən Bakraui qardaşlarının şəkillərini yayıb.
Oxu.Az xəbər verir ki, yerli televiziyanın məlumatına görə, Bakraui qardaşları terrorçu kimi tanınıblar.
11:41
Brüsseldə hava limanı və metroda partlayış törədən şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bunlar Belçika vətəndaşları İbrahim və Xalid Bəkravidir.
Xatırladaq ki, Brüssel terror aktlarında 31 nəfər ölüb, 250 nəfər isə yaralanıb.
Belçika Səhiyyə naziri Meqqi de Blokun sözlərinə görə, Zaventem hava limanında partlayış zamanı 11, paytaxt metrosuna hücum zamanı isə 20 nəfər ölüb.
