Belçikanın paytaxtı Brüsselin mərkəzində naməlum şəxs polis məntəqəsini yandırmağa cəhd göstərib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, insident şəhərin mərkəzində, Emil Jakman bulvarında qeydə alınıb.
Hücum edən şəxs alışan mayə ilə dolu şüşəni binanın giriş qapısının qarşısına atıb. Hərbçilərə hücum edən 30 yaşlı Somali əsilli şəxs polis tərəfindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
İnsident nəticəsində bir neçə hərbçi yüngül yaralanıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.
S.B.
www.oxu.az