İmişlidə rayonunda qətl hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, İmişli sakini, 1990-cı il təvəllüdlü Süleymanov Elçin Malik oğlu həmyerlisi, 1973-cü il təvəllüdlü Ağayev Əhsən Kamal oğlunu aralarında yaranan münaqişə zəminində bıçaqla qətlə yetirib.
Cinayəti törədən şəxs saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
S.B.
www.oxu.az