Avropa İttifaqı dövlətlərinin xarici işlər nazirləri bu gün Brüsseldə Ukraynaya 20 milyard avrodan çox yardım paketi ayırmağı nəzərdə tutan layihəni müzakirə edəcəklər.
Oxu.Az-ın xəbərinə görə, "The New York Times" nəşri bu barədə danışıqlarda iştirak edəcək məmurlara istinadən məlumat yayıb.
Həmin şəxslər bildiriblər ki, müzakirə masasının gündəliyinə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi, həmçinin hərbi xərclərin artırılması daxil edilib.