Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında: 92.4 milyon manat
Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
Sadələşdirilmiş vergi ödəyicisi olan "Azərlotereya" ASC ötən il 92.4 milyon manat vergi ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox vergi verənlər arasında isə 6-cı yerdədir.
2021-ci ilin əvvəlində ölkə başçısının sərəncamı ilə Türkiyənin "Demirören Holdinq" şirkətinə idarəetməyə verilmiş "Azərlotereya" ASC qanuni lotereya təşkilatçısı və idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru "Azərlotereya"nın hər il ödənilən vergi həcmində xeyli artım müşahidə olunur.
"Azərlotereya" vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu istiqamətlərdə genişləndirilməsidir.
Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə edir.
"Azərlotereya"nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağın dirçəlişinə ianə edilib. Həmçinin işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərərək ANAMA-ya təqdim edilib.