Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BTQ-nin icraçı direktoru: “Fransa polisinin Korsikada fəalları saxlamasını şiddətlə qınayırıq” - FOTO
“Fransa polisinin Korsikada “Nazione” azadlıq hərəkatının üzvlərinin saxlanılmasını şiddətlə qınayırıq”.
Bu barədə “Report”a Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum hərəkat fəallarının və onların ailə üzvlərinin əsassız həbsini qətiyyətlə pisləyir və onların dərhal azad edilməsini tələb edir.
“Belə siyasi həbslər, zorakılıqlar digər müstəmləkə ərazilərində də davam edir. Fransa öz müstəmləkə xalqlarının öz fikirlərini sərbəst ifadə etmək hüququna hörmət etməlidir!”, - A.Abbasov deyib.
O, xatırladıb ki, Fransa polisi bu gün Korsikada bir neçə gün əvvəl yaradılmış 600 nəfərdən ibarət “Nazione” hərəkatının iki üzvünü saxlayıb:
“Onların həyat yoldaşları da komissarlığa çağırılıblar. Azadlıq hərəkatının üzvlərinə qarşı azyaşlı uşaqlarının gözləri qarşısında zorakılıq edilib. Bu hərəkatın daha bir üzvü isə hazırda dindirilir”.
İcraçı direktor vurğulayıb ki, Fransa hökuməti Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmağa, müstəqillik uğurunda vuruşanlara əks cəbhə yaratmağa çalışır.
“Yeni Kaledonya ilə bağlı iki qanun layihəsi hökumətə təqdim olunub, birinci layihədə konstitusiyada dəyişiklik tələb edən Kaledoniyada yerli seçkilərdə səs verənlərin sayının artırılması, digərində isə yerli seçkilərin tarixinin dəyişilməsi nəzərdə tutulub. Hər iki layihə yaxın vaxtda Fransa parlamentinə təqdim olunacaq”, - A.Abbasov əlavə edib.
"Fransa" teqi üzrə xəbərlər
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
- Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu
- Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər
Rəylər