Müstəqillik günü (Independence Day) Amerika Birləşmiş Ştatlarında azad və müstəqil ölkənin ad günü kimi qeyd edilir.
Oxu.Az xəbər verir ki, amerikalıların çoxu bu bayramı sadəcə elə tarixi şərəfinə adlandırmağa üstünlük verirlər – Dörd iyul (Fourth of July).
1776-cı ilin iyul ayının 4-də Konqres Müstəqillik Deklarasiyasını qəbul edib, bu deklarasiyanı İkinci Qitə Konqresinin prezidenti Con Henk və Qitə Konqresinin katibi Çarlz Tomson imzalayıb.
O zaman müasir Amerika ərazisində şərq sahilində yerləşən 13 Britaniya koloniyasının sakinləri, ədalətsiz münasibətə görə ingilis kralı və parlamenti ilə müharibə aparırdı.
Müharibə 1775-ci ildə başlayıb. Hərb zamanı koloniya sakinləri anladılar ki, sadəcə ədalət üçün deyil, ingilis müstəmləkəsindən azad olmaq üçün mübarizə aparırlar. Bu koloniya rəhbərlərinin imzaladığı Müstəqillik Deklarasiyasında dəqiq qeyd edilmişdi.
İlk dəfə olaraq rəsmi sənəddə koloniyalar Amerika Birləşmiş Ştatları adlandırılıb.