Türkiyədə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında yazıb.
Bildirilir ki, bu gün 74 846 şübhəli koronavirus testindən keçib, onlardan 1233-nün cavabı pozitiv çıxıb, 1002 xəstə isə sağalaraq evə buraxılıb.
Bununla da Türkiyədə ümumilikdə 250 542 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyə qədər onlardan 5996 nəfəri ölüb.