Bundestaqın büdcə komitəsi Ukrayna üçün 11.5 milyard avro məbləğində maliyyə yardımını nəzərdə tutan 2026-cı il büdcə layihəsini razılaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Əvvəlcə Almaniya hökuməti 2026-cı il büdcəsində Ukraynaya 8.5 milyard avro yardım ayırmağı planlaşdırırdı, lakin nəticədə hakim koalisiya əlavə üç milyard avro ayırmağa qərar verib. Müdafiə Nazirliyinin məlumatına görə, bu, Almaniyanın büdcədə nəzərdə tutduğu Ukraynaya ən böyük yardım həcmidir.
Büdcə xərclərinin həcmi 524.5 milyard avro təşkil edəcək ki, bu da ilkin planlaşdırılandan dörd milyard avro çoxdur.
Bundestaqın büdcə layihəsini 25-28 noyabr tarixlərində keçiriləcək iclaslarda səsverməyə qoyması gözlənilir.