Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya Bundestaqının qondarma “erməni soyqırımını” tanıması haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Çavuşoğlu məsələ ilə bağlı Twitter-də yazıb.
“Öz tarixindəki qaranlıq səhifələri bağlamağın yolu məsuliyyətsiz və əsassız parlament qərarları ilə başqa ölkənin tarixini qaralamaq deyil”, - deyə o qeyd edib.