Türkiyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.
Bu barədə Oxu.Az Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir.
Karslıoğlunun yerli vaxtla (Almaniya vaxtı) saat 14:45-də havaya qalxacaq təyyarə ilə İstanbula gələcəyi bildirilir.
Qeyd edək ki, bu gün Almaniya Bundestaqı qondarma “erməni soyqırmı”nın tanınması haqqında qətnaməni qəbul edib.