Kuba inqilabının liderlərindən olan Çe Gevaranın 47 ildən sonra yeni şəkilləri ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Çe Gevara Latın Amerikada inqilab ideayasını reallaşdırmaq üçün Cənubi Amerikaya getmişdi.
O, Kuba səhiyyə naziri kreslosunu buraxaraq partizan mübarizəsinə başlamışdı. O, 1967-ci il tarixdə Boliviya ordusu tərəfindən öldürüldü.
Onun ölümündən sonrakı bəzi fotoşəkilləri ilk dəfə nümayiş olunub. Şəkli fransız xəbər agentliyi AFP-nin Boliviya foto müxbiri Mark Hutten çəkib.
Morqda Çenin fotoşəkillərini çəkən müxbir Boliviya məmurlarının şəkilləri əlindən alacağından qorxub. Onları Boliviyada missionerlik edən Luis Kuarteroya verib. 1967-ci ildə Boliviyadan ölkəsi İspaniyaya dönən missioner Luis Kuartero şəkilləri özü ilə gətirib.
Onun bacısı oğlu İmanol Arteqa şəkilləri indi təqdim edib. AFP-dən Silvain Estibal fransız foto müxbiri Mark Huttenin Çe Gevaranın cansız bədəninin fotoşəkillərini çəkdiyini təsdiqləyib.
E.Ə.
www.oxu.az