Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çeçenistanda hərbi məktəbə dronla hücum olub
Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistanın Qudermes şəhərində yerləşən binası dron hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, dron hücumu yerli vaxtla səhər saat 6:30-da baş tutub.
Hadisə nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binasının damı yanıb.
"Ölən və ya xəsarət alan yoxdur. Yanğın söndürülüb. Hərbi təhsil müəssisəsi fəaliyyətini dayandırmayıb, bütün xidmətlər normal rejimdə işləyir", - Ramzan Kadırov vurğulayıb.
"Çeçenistan" teqi üzrə xəbərlər
- Çeçenistanda qadınlar və kişilər üçün ayrıca qapısı olan aptek açılıb
- Ukrayna PUA-sı Qroznıda "OMON"un bazasına hücum edib
- Çeçenistanda Rusiya Qvardiyasına hücum: Ölən və yaralanan var
- Kadırovun oğlu pulemyotla səmada şəkil çəkdi
- Qroznıda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival-müsabiqə keçiriləcək
Ən çox oxunanlar
Rəylər