Bir həftədir ki, meşə yanğınlarının tüğyan etdiyi ABŞ-ın Kaliforniya ştatından dəhşətli görüntülər paylaşılmaqda davam edir.
Belə videoların birində sakinlərin alov tuneli ilə hərəkət etməsi görünür.
“Reuter”sin məlumatına görə, Kaliforniya qubernatoru Hevin Nyusom yanğının sürətlə yayılması ilə əlaqədar sakinlərdən ştatdan qaçmalarını istəyib. Onun sözlərinə görə, artıq yanğınsöndürənlərin resursları tükənmək üzrədir. Bu səbəbdən onlar Avstraliya və Kanadadan kömək gözləyirlər.
Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı altı nəfər həlak olub, 43 nəfər yaralanıb. Bundan başqa 500-ə yaxın ev məhv olub.