Ukrayna münaqişəsinin nizamlanması üzrə Cenevrədə keçirilən danışıqların ikinci mərhələsi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar təxminən iki saat davam edib.
Görüşdə iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların çətin, lakin işgüzar keçdiyini açıqlayıb:
"Danışıqlar iki gün oldu. Dünən çox uzun müddət, müxtəlif formatlarda, bu gün isə təxminən iki saat davam etdi".
O bildirib ki, tezliklə yeni görüş keçiriləcək.
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqların formatı dəyişməz olaraq qalacaq.
Oxu.Az xəbər verir ki, TASS-ın mənbələrinə istinadən məlumatına görə, müzakirələrin ikinci günü bağlı qapılar arxasında davam edəcək.
Xatırladaq ki, dünən Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. İlk gün iclasda altı saatdan çox fikir mübadiləsi aparılıb.
Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub.