Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cənubi Koreya müxalifəti müvəqqəti prezidentin impiçmentini təxirə salıb
Cənubi Koreyanın Nazirlər Kabineti ölkədə hərbi vəziyyətlə əlaqədar ölkə başçısı Yun Sok Yola və korrupsiyada şübhəli bilinən birinci xanım Kim Qon Xiyə qarşı araşdırma aparılması məsələsini təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Siyasi baxışların və hüquqi prinsiplərin şərhinin kəsişdiyi məsələləri ağıllı şəkildə idarə etmək üçün ilk növbədə iqtidar və müxalifət partiyaları razılığa gəlməlidir", - deyə məlumatda qeyd olunub.
Eyni zamanda, Cənubi Koreya müxalifəti prezidentin səlahiyyətlərini icra edən Han Dok Sunun impiçment prosesini dekabrın 26-dək təxirə salıb.
Ölkənin müxalif Demokratik Partiyasının fraksiya rəhbəri Pak Çan Denin sözlərinə görə, müxalif partiyalar hakimiyyətə tələblərin yerinə yetirilməsi üçün vaxt verir.
Qeyd edək ki, dekabrın 14-də Parlament ölkə başçısı Yun Sok Yola impiçment elan edib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
- Cənubi Koreyada ordunun baş qərargah rəisi həbs edildi
- Cənubi Koreyanın hakim partiyasının sədri istefa verdi
Rəylər