Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cənubi Koreya prezidenti vaxtından əvvəl istefaya gedir
Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri Han Don-Hun bildirib ki, ölkə Prezident Yun Sok-Yol vaxtından əvvəl istefaya gedir.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Biz prezidentin vaxtından əvvəl hakimiyyətdən getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcəyik, siyasi vəziyyəti sabitləşdirəcəyik və demokratiyanı bərpa edəcəyik", - deyə siyasətçi bildirib.
Partiya rəhbəri əlavə edib ki, prezident dövlət işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Cənubi Koreya prezidenti gözlənilmədən ölkədə hərbi vəziyyət elan etmiş, qısa müddət sonra isə etirazlar nəticəsində qərarı ləğv etmişdi.
Ötən gün Yun Sok-Yola qarşı impiçment proseduru nəzərdə tutulsa da, parlamentdə yetərsay olmadığı üçün səsvermə baş tutmamışdı.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada ölkə prezidenti ilə bağlı istintaq başa çatıb
- Konvoy, mühafizə, qeyri-müəyyənlik: Cənubi Koreya prezidenti məhkəməyə aparıldı
- Dəmir barmaqlıqlar arxasından: Cənubi Koreya prezidenti təcridxanadakı həyatı haqqında məktub yazdı
- Cənubi Koreyada prezidentin həbsinə mane olan mühafizə xidmətinin rəisi saxlanıldı
- Cənubi Koreyada təyyarə qəzasıyla bağlı maddi sübutlar tapılıb
Rəylər