Cənubi Koreya prezidenti Pak Kın Xenin reytinqi dövlət işlərinə müdaxilə edən rəfiqəsi Çxve Sun Silin ətrafında qalmaqal ilə əlaqədar rekord həddə 4%-ə düşüb.
Oxu.Az bu barədə “Renhap”a istinadən xəbər verir.
Məlumata görə, noyabrın əvvəlindən dövlət başçısının reytinqi 5% həddində idi, amma bu həftə prezidentə etibar etməyənlərin sayı 3% artaraq, 93% ibarət olub.
Bununla yanaşı iqtidar “Senuri” partiyası, keçirilən sorğuların nəticələrinə görə, iki müxalifət partiyasından geri qalaraq üçüncü pillədə qərarlaşıb.
N.O.
www.oxu.az