Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cənubi Koreya sahillərində gəmi qayalara çırpıldı: Ölənlər var
Cənubi Koreyanın cənub-qərb sahillərində balıqçı gəmisi saya oturub.
Bu barədə Oxu.Az "Sinxua"ya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb.
Bildirilir ki, yerli vaxtla səhər saat 10:30-da göyərtəsində 22 ekipaj üzvü olan 9,7 tonluq gəmi Seuldan təxminən 410 km cənubda, Sinan dairəsinin inzibati sərhədləri daxilində yerləşən Kaqodo adasında qayalara çırpılıb.
Nəticədə göyərtədəki üç nəfərin ürəyi dayanıb. Xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Qalan 19 balıqçı isə sahil mühafizəsi və yaxınlıqdakı digər gəmilər tərəfindən xilas edilib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada tikilməkdə olan YOL ÇÖKDÜ: Ölənlər var
- Cənubi Koreya Rusiyaya qarşı sanksiyanı ləğv etdi
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU
- Cənubi Koreyada superqəhrəman libasında olan şəxs səfirliyə basqın etmək istədi
Ən çox oxunanlar