Cənubi Koreya və ABŞ bu həftə tarixdə ən böyük birgə hərbi təlimlər keçirəcəklər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlərin məqsədi Şimali Koreyaya gələcəkdə baş verə biləcək təxribatlar barədə xəbərdarlıq etməkdir.
Təlimlərdə ümumilikdə Cənubi Koreyadan 300 min, ABŞ-dan isə 15 min hərbi qulluqçu iştirak edəcək.
Təlimlərdə KXDR-nın nüvə silahından məhrum edilməsinin strateqiyası işləniləcək.