Cənubi Koreyada "Saeul 3" reaktorunun istismarına icazə verilib.
Oxu.Az xəbər verir ki, məlumatı "Yonhap" Xəbər Agentliyi Nüvə Təhlükəsizliyi və Təhlükəsizliyi Komissiyasına istinadən yayıb.
"Saeul-3" Ulsan şəhərindəki Saeul Atom Elektrik Stansiyasında yerləşən APR1400 tipli reaktorudur. Tikintisinə 2016-cı ildə başlanılıb. İşlənmiş nüvə yanacağının saxlanma qabiliyyəti 60 il üçün nəzərdə tutulub. "Saeul-3" Cənubi Koreyanın hava zərbələrinə tab gətirmək üçün nəzərdə tutulmuş ilk nüvə reaktorudur.
Yeni reaktorun kommersiya istismarına altıaylıq pilot istismardan sonra 2026-cı ildə başlanması planlaşdırılır. Reaktor Seula xarici kömür və qaz tədarükündən asılılığını azaltmağa imkan verəcək.
2024-cü ildə Cənubi Koreya ölkənin ilk kommersiya nüvə reaktoru "Kori-1"i deaktiv etməyə başladı. O, 1978-ci ildən 2017-ci ilə qədər fəaliyyət göstərib. İşin dayandırılmasına hökumətin təbii qaz və bərpa olunan enerji mənbələrinə keçid planları səbəb olub. Onun fəaliyyəti 2025-ci ilin yayında dayandırılıb.