Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Cənubi Koreyada beş futbol meydançası boyda ərazidə yanğın: Söndürülməsi bir neçə gün çəkəcək
Cənubi Koreyada "Kumho Tire Co." şirkətinin zavodunda böyük yanğın baş verib.
Bu barədə Oxu.Az "Yonhap" agentliyinə istinadla xəbər verir.
Yanğın zavodun qərb hissəsinin 70 faizini əhatə edib ki, bu da beş futbol meydançasının sahəsinə bərabərdir.
400-ə yaxın işçi müəssisənin ərazisindən təxliyə edilib. Bununla belə, bir nəfər travma alıb və xəstəxanaya yerləşdirilib.
Yanğının xam rezini qızdırmaq üçün istifadə olunan avadanlıqdan başladığı güman edilir. Alovun tam söndürülməsinin bir neçə gün çəkə biləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən şirkət ölkədə ikinci ən böyük təkər istehsalçısıdır.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Şimali Koreya-Cənubi Koreya gərginliyi: Reaktiv yaylım atəşi sistemi işə salındı
- Böyük Britaniyanın baş naziri G7 sammitində tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv salıb
- Cənubi Koreya prezidenti göstəriş verdi: "Pxenyanla dialoq bərpa edilsin"
- Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəddə sükut: Səsli təbliğat dayandırıldı
- Alyaskada hərbi təlimlər zamanı Cənubi Koreya qırıcısı alovlandı
Ən çox oxunanlar