Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cənubi Koreyada ilk dəfə beyində amöb infeksiyası qeydə alınıb
Cənubi Koreyada ölümcül amöb meninqoensefalitə səbəb olan beyin xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) bu yaxınlarda vəfat etmiş bir xəstənin “Fowler's Negleria” kimi tanınan xəstəliyə yoluxduğunu təsdiqləyib.
Qeyd olunur ki, həmin şəxs 4 ay Taylandda qalıb və dekabrın 10-da Cənubi Koreyaya qayıdıb. Onda baş ağrısı, qızdırma, qusma, nitq pozğunluğu kimi simptomlar olub. Həmin şəxs qayıtdıqdan on bir gün sonra dekabrın 21-də vəfat edib.
Qeyd edək ki, parazitin bədənə daxil olmasının əsas yolu burun boşluğuna daxil olan çirkli sudur. Amöb insan beyninə daxil olmaq üçün qoxu sinirindən istifadə edir və burada sinir hüceyrələri ilə qidalanaraq iltihab molekullarının və sitotoksinlərin sərbəst buraxılmasına səbəb olur. İnfeksiyadan ölüm nisbəti təxminən 98 faizdir.
İnfeksiya insandan insana keçmir, lakin ilıq sulu durğun hovuzlarda çimən insanlar yüksək risk altındadırlar.
Mənbə: lenta.ru
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Həbs edilən Cənubi Koreya Prezidenti ifadə verməkdən imtina edib
- Koreyada təyyarə qəzası ilə bağlı yeni təfərrüat məlum olub
- Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Polisə Cənubi Koreya prezidentini həbs etmək hüququ verildi
Rəylər