Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cənubi Koreyada metro tunelinin tikintisi zamanı çökmə: İtkin düşən var
Cənubi Koreyanın Kyonqido əyalətində metro tunelinin tikintisi zamanı çökmə baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" xəbər agentliyi məlumat verib.
Məlumata görə, çökmə nəticəsində bir nəfər itkin düşüb.
"Hadisə yerli vaxtla saat 15:13-də baş verib, nəticədə yolun yerüstü hissəsi çöküb, həmçinin yaxınlıqdakı bir neçə binaya da ziyan dəyib", - deyə xəbərdə bildirilir.
Agentlik qeyd edib ki, obyektdə olan beş işçi ilə əvvəlcə əlaqə kəsilib, daha sonra onlardan üçünün sağ-salamat olduğu məlum olub, biri ilə də əlaqənin yaradılmasına nail olunub, lakin yerin altında çarəsiz qaldığı müəyyən edilib. Ekskavator maşinisti isə itkin düşmüş hesab edilir.
Şəhər rəhbərliyi mümkün əlavə çökmələrlə bağlı narahatlıqlarını əsas gətirərək, ətrafdakı sakinlər üçün təxliyə əmri verib.
"Hazırda sakinlər yerli məktəblərə köçürülür", - deyə nəşr bildirib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən şəxs istefa verib
- Cənubi Koreyada silahlanmış şagird məktəbə hücum edib: Yaralılar var
- Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"
- Cənubi Koreyalı futbolçu 37 yaşında vəfat edib
- Cənubi Koreya KXDR-i izləmək üçün orbitə yeni peykini göndərdi