Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cənubi Koreyada növbədənkənar prezident seçkisi: Tarix müzakirə olunur
Koreya Respublikasının hakimiyyəti növbədənkənar prezident seçkisini iyunun 3-nə təyin etmək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, seçkinin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin aprelin 8-nə planlaşdırılan iclasında qaldırılacaq.
"Seçkinin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - deyə mənbə bildirib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada beş futbol meydançası boyda ərazidə yanğın: Söndürülməsi bir neçə gün çəkəcək
- Yapon restoranının çinli müştərilərə qadağası qalmaqala səbəb oldu
- Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
- Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən şəxs istefa verib
- Cənubi Koreyada silahlanmış şagird məktəbə hücum edib: Yaralılar var