Cənubi Koreyada bu gün mayın 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində təcili səsvermə başlayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yerli seçki komitəsinin məlumatına görə, artıq 590 mindən çox şəxs səs verib.
Hazırda cari seçkilərdə 42 milyon 479 min 710 seçici qeydiyyatdan keçib. Prezident seçkilərində təcili səsvermə sabah axşam saatlarına qədər davam edəcək.
Cənubi Koreya prezidenti postuna 13 nəfər namizədliyini irəli sürüb. Keçirilən sorğuya görə, prezident postuna əsas namizədlər – 42,4% səslə Demokratik partiyanın nümayəndəsi Mun Çje İn,18,6% səs ilə “Xalq partiyası”nın namizədi An Çxol Su və mühafizəkar qüvvələrin nümayəndəsi Xon Çjun Pxyodur.
N.О.
www.oxu.az