Cənubi Koreyanın Puçxon şəhərindəki Ceil bazarında yük maşınının piştaxtalara çırpılması nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Chosun" məlumat yayıb.
Hadisə noyabrın 13-də təxminən saat 10:55-də (Bakı vaxtı ilə 5:55-də - red.) baş verib. Yaralılar xəstəxanaya çatdırılıblar. Qeyd olunur ki, yük maşınının çəkisi bir ton olub.
Bildirilir ki, bazarda satıcı işləyən 60 yaşlarında olan sürücü qəza zamanı sərxoş olmayıb. Şübhəli şəxs hüquq-mühafizə orqanlarına yük maşınının əyləclərinin sıradan çıxdığını bildirib. O, ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham olunub. Hüquq-mühafizə orqanları araşdırma aparır.