Çexiya öz hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayır.
Bunu ölkənin nəqliyyat naziri Martin Kupka bildirib.
Qadağa fevralın 26-dan etibarən qüvvəyə minir.
Oxşar qərarı Polşanın baş naziri Mateuş Moravetski də verib.
Bunun ardından Bolqarıstan da hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Mənbə: currenttime.tv