Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çexiya prezidenti Ukraynaya hərbi qüvvələrin göndərilməsi üçün şərtləri açıqladı
Çexiya Prezidenti Petr Pavel öz hərbi qüvvələrini Avropa sülhməramlı kontingentinin tərkibində Ukraynaya göndərməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın eurointegration.com.ua-ya istinadən verdiyi məlumata görə, bu kontingenti göndərmək üçün birgə hazırlıq işləri başlayar-başlamaz Çexiya onun bir hissəsi olacaq.
Eyni zamanda, Pavel qeyd edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olan güclü Avropa dövlətləri qrupu olmalıdır və yalnız o zaman Çexiya onların arasında olacaq.
"Petr Pavel" teqi üzrə xəbərlər
Ən çox oxunanlar