Çexiyanın tarixi bölgəsi olan Bohemiyada əvvəllər məlum olmayan Kelt yaşayış məskəni aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Qazıntılar zamanı bir neçə yüz qızıl və gümüş sikkə, o cümlədən 1 000-dən çox zərgərlik məmulatı tapılıb.
25 hektar ərazini əhatə edən böyük və qədim yaşayış məskəni magistral yol tikintisi zamanı üzə çıxıb. Arxeoloqlar 2 200 illik Kelt yaşayış məskənində qədim xəzinə, o cümlədən kəhrəba və nəfis saxsı qablar aşkar ediblər.