Respublikaçılar Milli Komitəsinin təşkil etdiyi tədbirdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensə 2028-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək təklif edilib. Çıxışı zamanı Vens hakimiyyətdə olduqları dövrdə əldə edilən nailiyyətləri xatırlatmağı təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Bildirilib ki, bundan dərhal sonra iştirakçılar siyasətçinin ABŞ-nin 48-ci prezidenti ola biləcəyinə işarə edərək "48! 48!" şüarını səsləndirməyə başlayıblar.
"Xahiş edirəm, əvvəlcə bu noyabr ayındakı işlərimizi həll etməliyik, gələcəkdə nələrin olacağı barədə isə sonra düşünərik", - deyə o bildirib.
Vitse-prezident, həmçinin qeyd edib ki, mövcud administrasiya təxminən bir il yarım əvvəl hakimiyyətə gələndə, onun sözlərinə görə, bir çox amerikalı yaxşı həyat qurmaq imkanlarının əllərindən alındığını düşünürdü.