Çinin ABŞ mallarına tətbiq etdiyi cavab rüsumları avqustun 23-ü saat 12:01-dən, Amerika rüsumlarının tətbiqindən cəmi 1 dəqiqə sonra qüvvəyə minib.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.
“ABŞ-ın Çindən idxal olunan 16 milyard dollarlıq malların rüsumunun 25% artırmasına cavab olaraq Çin tərəfi Amerikadan idxal olunan 16 milyard dollarlıq malların rüsumunu 25% artırır”, - məlumatda deyilir.
Rəylər