Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çin ABŞ-a adekvat cavab verdi
Avqustun 23-dən Çin ABŞ mallarının idxalına əlavə rüsumlar tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Çinin Maliyyə nazirliyinin bəyanatında bildirilir.
Elə həmin gün ABŞ Çin mallarına tətbiq olunan tarifləri artıracaq.
Çinin 25%-lik rüsumu ümumi dəyəri 16 milyard dollar təşkil edən Amerika məhsullarına şamil olunacaq.
Avqustun əvvəlində Çin Dövlət Şurası ümumi dəyəri 60 milyard dollar olan Amerika mallarına tətbiq ediləcək rüsumların siyahısını təsdiq edib.
2493 adda məhsulun tarifləri 25%-dək artırıla bilər.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər