Qəzza zolağından İsrailin Sderot şəhərinə endirilən raket zərbəsi nəticəsində iki israilli yaralanıb.
Oxu.Az xəbər verir ki, buna cavab olaraq İsrail ordusunun bölmələri Qəzza zolağında yerləşən obyektləri atəşə tutublar. Bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.
“Hazırda ordu terrorçuların Qəzza zolağında yerləşən obyektlərinə zərbələr endirir”, - bəyanatda deyilir.
Sderotun raket atəşinə məruz qalmasından sonra İsrailin müdafiə naziri Aviqdor Liberman təcili iclas çağırıb.
Tel-Əvivdəki “Kiriya” hərbi bazasında keçirilən toplantıda hərbçilər və təhlükəsizlik xidmətinin nümayəndələri iştirak ediblər.