Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın məktubu Putinə çatdırıldı - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp senator Rend Polun xahişi ilə ona Rusiya lideri Vladimir Putin üçün zəmanət məktubu verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Hoqan Qidli, Polun Moskvaya Trampın məktubunu çatdırılmasına dair səsləndirdiyi bəyanatını şərh edərkən deyib.
“Prezident məktubunda senator Polun prezident Putinlə müzakirə etmək istədiyi mövzulara toxunub”, - Hoqan Qidli deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov sənədin Rusiya tərəfinə ötürüldüyünü, lakin Kremldə onunla hələ tanış olmadıqlarını bildirib.
19.38
Moskvada rəsmi səfərdə olan senator Rend Pol Rusiya prezidenti Vladimir Putinin administrasiyasına Amerika lideri Donald Trampın məktubunu çatdırdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə senator “”Twitter” səhifəsində yazıb.
“Məktubda müxtəlif sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanır”, - Pol qeyd edib.
Onun sözlərinə görə, terrorizmlə mübarizə, qanunverici dialoqun fəallaşması və mədəni mübadilənin bərpası bu sahələr sırasındadır.