Çin Sədri Si Cinpin beynəlxalq aləmdə "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırıb.
Oxu.Az bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
"Qaydası olmayan dünya işıqforsuz yolayrıcı kimidir: xaos və hərc-mərclik qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ümumi arzularıdır, beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə işlənib hazırlanmalıdır.
"Kim güclüdürsə, o da haqlıdır" məntiqi əsassızdır və çoxdan rədd edilməli idi", - deyə dövlət başçısı Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərinin "outreach" formatında keçirilən iclasındakı çıxışı zamanı bildirib.