“Çin koronavirus epidemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına vaxtında və heç bir gecikmə olmadan məlumat verib”.
TASS-ın məlumatına görə, bu sözləri Çin lideri Si Cinpin deyib.
Dövlət başçısı Çinin hər zaman açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərinə sadiq olduğunu vurğulayıb.
“Bununla əlaqədar, ÜST və dünya ölkələri epidemioloji vəziyyət barədə vaxtında məlumat aldılar, həmçinin virus genlərinin ardıcıllığı vaxtında dərc edildi”, - deyə, S.Cinpin bildirib.